<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>410</hymn_number>
<title>Duyuram İsanın addım səsini İL410</title>
<lyrics>[V1]
 Duyuram İsanın addım səsini,
 Vaxta az qalıbdır, gəlir Məsihim.
 Yatmışdım elə bil, birdən ayıldım yuxudan,
 Qarşına günahlı gəlməkdən qorxuram.

[C1]
   Qapı arxasında qalmaqdan yaman qorxuram,
   Əbədi Sənsiz qalmaqdan yaman qorxuram.
   Qorxuram çıraqdakı yağım qurtarsın,
   Qapılar bağlansın.

[V2]
 Ana bətnindəykən dünyadan seçdin məni,
 Bununçün Sənə minnətdaram, əziz Rəbbim.
 Onsuz da bu cahanda mənə yer yoxdur əsla,
 Səndən də uzaq düşməkdən qorxuram.</lyrics>
</song>